Tanınmış aktyor Ceki Çan koronavirusa qarşı antidot tapana 1 milyon Çin yuanı (təxminən 243 min manat) verəcəyini elan edib.
Gununsesi.org-un xarici KİV-ə istinadən məlumatına görə, aktyor epidemiyanın qarşısının alınması üçün hər şeyi etməyə hazır olduğunu deyib:
“Hansısa şəxsin və ya qurumun dərmanı tapması önəmli deyil. Əgər uğurlu olsalar, 1 milyon yuan verərək təşəkkür etmək istəyirəm. Daha əvvəl basabas olan küçələri boş görmək istəmirəm. Vətəndaşlarımızın həyatdan zövq almalı olduğu bir vaxtda ölümlə mübarizə apardıqlarını görmək istəmirəm”.
Gununsesi.org
COMMENTS