
Açıq havada yerləşən kafe, restoran, çay evləri və digər ictimai-iaşə obyektlərində vətəndaşlardan COVID-19 pasportu tələb olunmur.
Gununsesi.info xəbər verir ki, bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.
O bildirib ki, tələblər ancaq qapalı məkanlara aiddir.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, bu gündən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.
Gununsesi.info