
Vasif Talıbovun Naxçıvan rəhbərliyindən uzaqlaşdırıkmasının ardından onun yerli əhaliyə qarşı illər ərzində tutduğu divandan danışılır.
Gununsesi.info əslən Naxçıvandan olan jurnalist Heydər Oğuzun açıqladığı dəhşət doğuran bir faktı təqdim edir:
“Naxçıvanın ən böyük mehmanxanası “Təbriz” hotelidir. Naxçıvanın yeganə 5 ulduz hoteli sayılır.
14 mərtəbəli hotelin cəmi 7 xadiməsi var. Deməli hər xadiməyə 2 mərtəbə düşür.
Di gəl ki, xadimələrə aylıq məvaciblərinin 50%-i verilir. Yəni ayda 150-180 manat”.
Mais
Gununsesi.info