Zəngilan hava limanı gələn il istifadəyə veriləcək

“Zəngilanda da işlərə start verildi, mən şəxsən Zəngilan Beynəlxalq Hava Limanının təməlini qoydum”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 16-da Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində çıxış edərkən söyləyib.

“Zəngilan Hava Limanının istifadəyə verilməsi tarixi yəqin ki, 2022-ci il olacaq”,- deyə dövlət başçısı vurğulayıb.