Bu üç ölkə Türkiyəyə qarşı birləşdi:Aralıq dənizində siyasi hərarət yüksəlir

Bu üç ölkə Türkiyəyə qarşı birləşdi:

Türkiyənin Şərqi Aralıq dənizindəki faəliyyəti bir neçə ölkəni heç də məmnun etmir.

Gununsesi.org DHA-ya istinadən xəbər verir ki, Misir, Yunanıstan və Kipr rəsmi Ankaraya qarşı birləşiblər.

Xarici İşlər nazirləri səviyyəsində toplanan ölkələr, Türkiyənin Aralıq dənizi planlarına maneə törətmək məqsədiylə atılacaq addımların koordinasiyası mövzusunda razılaşıblar.

Bundan əlavə Kipr prezidenti Nikos Anastasiadeslə misirli həmkarı Əbdülfəttah əl-Sisi arasında telefon danışığı olub.

Prezidentlər Türkiyənin Şərqi Aralıq dənizindəki addımları və Ankara ilə Liviya Milli Şurasının sədri arasında imzalanan müqaviləni müzakirə ediblər.

Gununsesi.org

COMMENTS