Bu il üçün sonuncu yaşayış məntəqəsinə qaz verilib

Bu il üçün sonuncu yaşayış məntəqəsinə qaz verilib

Dekabrın 28-də Goranboy rayonunun Goran qəsəbəsinin qazlaşdırılması işləri başa çatdırılıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu il qaz çəkilişi nəzərdə tutulan sonuncu yaşayış məntəqəsinə qaz verilib. Dövlət proqramı əsasında icra olunan işlərin yekunu olaraq qəsəbədə 109 fərdi yaşayış evi mavi yanacaqla təmin edilib.

Qeyd edək ki, ümumilikdə, 8607 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı qaz xətləri çəkilib və evlərə 109 ədəd sayğac quraşdırılıb. Goran qəsəbəsinin qazlaşdırılması üçün yeni qaz paylayıcı məntəqə də istifadəyə verilib.



Gununsesi.org

COMMENTS