Tailand Krallığında koronavirus pandemiyası səbəbiylə spirtli içkilərin satışına tətbiq olunan müvəqqəti qadağa bu gün ləğv edilib.
Gununsesi.org xəbər verir ki, bunu Krallığın Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Natapanu Nopakun açıqlayıb.
O, qeyd edib ki, spirtli içkilər yalnız evdə istifadə edilə bilər:
“İctimai yerlərdə və restoranlarda spirtli içki içmək qadağandır”- deyə, XİN rəsmisi bildirib.
Gununsesi.org
COMMENTS