Boris Belyakov koronavirusa yoluxan Baş Nazirin vəziyyətindən danışdı

Boris Belyakov koronavirusa yoluxan Baş Nazirin vəziyyətindən danışdı

“Rusiyanın Baş naziri Mixail Mişustinin vəziyyəti normaldır, sənədlərlə işləməyə davam edir və həmkarları ilə daim təmasdadır”.

Gununsesi.org bildirir ki, bu barədə mətbuat katibi Boris Belyakov məlumat verib.

O, deyib ki, Baş Nazirlə daim əlaqə saxlayır:

“Mixail Vladimiroviç mütəxəssislərin nəzarəti altında qalır. Müalicəsini davam etdirir”.

Qeyd edək ki, aprelin 30-da hökumət başçısı prezidentə onda koronavirus aşkarlandığını bildirib.

 

Gununsesi.org

COMMENTS