Daşkəsən rayonunda hava şəraiti kəskin dəyişib, dolu düşüb.
Gununsesi.org-un “Report”a istinadən məlumatına görə, günorta saatlarında rayon ərazisində güclü dolu yağmağa başlayıb.
Təxminən 15-20 dəqiqə davam edən yağıntı çiçək açmış meyvə ağaclarına zərər vurub. Yağıntının başqa fəsadlar törədib-törətməməsi isə hələ ki, məlum deyil.
Hazırda yağışlı hava şəraiti davam edir.



Gununsesi.org
COMMENTS