
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının keçirdiyi növbəti tədbirlər zamanı Talış kəndi istiqamətində tərk edilmiş hərbi mövqedən silah-sursat aşkar edilib.
Gununsesi.info bildirir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tapılan 1 pulemyot, 2 qumbara və 3000-dən artıq patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Gununsesi.info