
Sanksiyalara məruz qalan Rusiya Mərkəzi Bankı ruslara xaricə nağd pul götürməyi tövsiyə edir, çünki yerli “Mir” sisteminin kartları yalnız yeddi ölkədə qəbul ediləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə UNIAN məlumata yayıb.
“Bunlar Türkiyə, Vyetnam, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistandır” – Rusiya Mərkəzi Bankının açıqlamasında deyilir.
Həmçinin bildirilib ki, “Mir” sisteminin kartları tanınmamış Cənubi Osetiya və Abxaziyada qəbul ediləcək.
Belə ki, VISA və “MasterCard” ödəniş sistemləri Rusiya Federasiyasını tərk etdikdən sonra Rusiya bankları tərəfindən buraxılan kartlar yalnız ölkə daxilində işləyəcək.
VISA və MasterCard kartları ilə aşağıdakılar mövcud olmayacaq: xarici onlayn mağazalarda və xaricdə hesablaşmalarda alış-veriş üçün ödəniş.
Bundan əvvəl VİSA və Mastercard Rusiyadakı fəaliyyətini dayandırıb. Hər ikis istem hazırkı münaqişənin görünməmiş xarakterini və qeyri-müəyyən iqtisadi vəziyyəti əsas gətirib.
Gununsesi.info