
Bakıda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilmiş qız itkin düşüb.
Gununsesi.info xəbər verir ki, yanvarın 23-də saat 15:30 radələrində Şirvan şəhər sakini, 2007-ci il təvəllüdlü Arəstə Məmmədova İctimai Birliyə məxsus “Motodrom” ərazisindəki yerləşdirilmiş müəssisədən çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb.
Faktla bağlı Binəqədi RPİ-nin 40c- Polis Bölməsi tərəfindən araşdırma aparılır.
Gununsesi.info