Şəki şəhərinin sakinləri “Açıq mikrofon”da

“Regionlarda təşkil olunan “Səyyar qəbul otağı”nın müsbət nəticəsi kimi Şəki şəhərinin 118 və 119-cu kvartallarının qazlaşdırılması istiqamətində adıçəkilən ərazilərə artıq mal-material gətirilib.

Yaxın zamanda həmin ərazidə qazlaşma işlərinə başlanılacaq.Bu gün isə “Açıq mikrofon” aksiyası 120 və 121-ci kvartalların sakinlərinin ixtiyarındadır”.

Gununsesi.info xəbər verir ki, bunu Zaqatala RQİİ-nin rəisi aksiya zamanı çıxışında bildirib. Daha sonra sakinlər müraciətlərini ünvanlayıblar. 120 və 121-ci kvartalların sakinləri də tezliklə mavi yanacaqla təmin olunmalarını xahiş ediblər. Aksiyaya, həmçinin Şəkinin kəndlərindən də sakinlər qatılıb.

Bolludərə və Qaratorpaq kəndlərindən gələnlərin də müraciətləri qazlaşdırılma ilə bağlı olub. Zaqatala RQİİ-nin rəsmiləri səslənən bütün müraciətləri qeydiyyata alıblar.

Возможно, это изображение 8 человек и текст

Возможно, это изображение 4 человека, труба и кларнет

Возможно, это изображение 1 человек

Возможно, это изображение 10 человек

Возможно, это изображение 2 человека

Gununsesi.info