Təhsildən yayındırıldığı iddia edilən azyaşlı ilə bağlı açıqlama

“Sosial şəbəkələrdə təhsildən yayındırıldığı iddia edilən azyaşlı barəsində məlumatlıyıq. Onun hansı səbəbdən təhsildən yayındırıldığı, hər hansı hüquqi maneənin olub-olmaması tərəfimizdən araşdırılır”.

Gununsesi.info  xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova deyib.

O bildirib ki, məsələ çoxtərəfli yanaşma tələb edir. Buna görə də digər aidiyyəti qurumlara da məlumat verilib:

“Birgə iş aparılır. Biz uşağın təhsilə cəlb olunması üçün lazımi bütün tədbirləri görəcəyik”.

 

 

Gununsesi.info