Lukaşenko siyasi məhbusların bir qismini azad edib

  • By admin
  • 10 Dekabr 2024 13:18

Belarus prezidenti Aleksandr Lukaşenko siyasi məhbusların bir qismini azad edib.

Gununsesi.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, prezidentin əfv sərəncamına 29 siyasi məhbus daxil edilib.

Əfv edilənlərin 11-i qadın, 18-i kişidir. Yarıdan çoxunun xroniki xəstəliyi və əlilliyi var.

 

Prezident Administrasiyasından isə bildirilib ki, azadlığa buraxılanların hamısı törətdiyi əməllərdən peşman olaraq əfvlə bağlı dövlət başçısına müraciət edib.

O da bildirilir ki, DİN “qanunları bir daha pozmamaları üçün” azadlığa buraxılanlara göz qoyacaq.

Ancaq beynəlxalq hüquq müdafiə təşkilatları isə Belarusda hələ də çoxsaylı siyasi məhbusun olduğunu bəyan edib.

Günay

Gununsesi.info