Hüseyn Səlami: “Bizim artıq Suriyada mövcudluğumuz yoxdur”

  • By Günel
  • 10 Dekabr 2024 12:20

İran İnqilab Keşikçiləri Qvardiyasının komandanı Hüseyn Səlami Əsəd rejiminin devrilməsindən sonra İranın Suriyadakı bütün hərbi varlığını geri çəkdiyini açıqlayıb.

İran parlamentində çıxış edən Səlami Suriyadakı son vəziyyəti və İranın bölgədəki vəziyyətini müzakirə edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İran İnqilabı Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami müxalif silahlıların Dəməşqi ələ keçirdikdən və Əsədin Rusiyaya qaçdıqdan sonra İranın Suriyada silahlı mövcudluğunun olmadığını söyləyib.

Görüşdə bölgədəki hərbi strategiyalar, İsrailin əməliyyatları və İranın İsrailə qarşı əməliyyatları müzakirə edilib. Bundan əlavə, bölgənin təhlükəsizlik və kəşfiyyat vəziyyəti də ətraflı qiymətləndirilib.

Günel Həsənova

Gununsesi.info