Təhsil Nazirliyi koronavirus epidemiyasına qarşı görüləcək işləri açıqlayıb.
Gununsesi.org xəbər verir ki, Report-un sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, bununla bağlı sanitariya maarifləndirmə işləri həyata keçiriləcək.
“Təhsil Nazirliyi tərəfindən müvafiq dövlət qurumları ilə birlikdə əhali arasında koronavirus xəstəliyinin profilaktikası məqsədilə bütün təhsil müəssisələrində sanitariya maarifləndirmə işləri həyata keçiriləcək”, – məlumatda qeyd olunub.
COMMENTS