Bakıda aptek müdirinin meyiti asılmış vəziyyətdə iş yerində tapılıb.
Gununsesi.org-un məlumatına görə, bu barədə həkimin sosial şəbəkə hesabında qeyd edilib. Belə ki, yaxın dostları onun Feysbukda fotosunu paylaşaraq özünə qıydığını və dünyasını dəyişdiyini bildirib.
Paytaxtın Yasamal rayonunda qeydə alınan hadisənin araşdırmaları zamanı meyiti tapılan şəxsin həmin aptekin sahibi, 1971-ci il təvəllüdlü Həsənov Sənan Əmrah oğlu olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Sənan Həsənov Azərbaycan Tibb Universitetinin məzunudur.
COMMENTS