Gəncə şəhərində 13 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.
Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, fevralın 6-ı, saat 22 radələrində şəhərin Məshəti qəsəbəsində yaşayan 2007-ci il təvəllüdlü Xəyal Əkbərov hamamda duş qəbul edərkən dəm qazından zəhərlənib.
Onu anası Xatirə Əkbərova hamamda huşsuz vəziyyətdə tapıb və qonşuları köməyə çağırıb. X.Əkbərov xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
COMMENTS