
Bu gün Çin lideri Si Szinpin Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzla videokonfrans vasitəsilə görüşüb.
Gununsesi.info xəbər verir ki, görüş zamanı Szinpin E.Makron və O. Şolzdan Rusiya-Ukrayna arasında sülh danışıqlarına birgə dəstək istəyib.
“Ukraynadakı vəziyyət narahatedicidir. Bizim prioritetimiz Ukrayna böhranının daha da pisləşməsinin və nəzarətdən çıxmasının qarşısını almaq olmalıdır”, – Çin lideri bildirib.
Gununsesi.info