
Ukraynada münaqişə başlayandan bəri Kiyevdə 479 uşaq doğulub.
Gununsesi.info xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.
Merin sözlərinə görə, doğulan uşaqların 251-i oğlan, 228 qızdır.
“Bütün çətinliklərə baxmayaraq, Kiyevdə doğum evləri fövqəladə vəziyyət rejimində işləyir”, – deyə Vitali Kliçko qeyd edib.
Gununsesi.info