
Rusiyanın başlatdığı müharibə səbəbiylə ölkəsini tərk etməyə məcbur qalan Ukrayna qaçqınlarının sayı iki milyona çatıb.
Bu barədə BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi məlumat verib.
“Bu gün Ukraynadan gedən qaçqınların sayı iki milyona çatır”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Gununsesi.info