Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub - FOTOLAR

Mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

HTML tutorial

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçədə aparılacaq bərpa-yenidənqurma işləri, yaradılacaq ictimai-iaşə obyektləri barədə məlumat verib.

Bildirilib ki, küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir.

Dövlətimizin başçısı Atatürk küçəsinin lövhəsinin açılışını edib.

Gununsesi.info