80 min ha-dan artıq sahə minalardan təmizlənib

Vətən müharibəsindən sonra səksən min hektardan artıq sahə minalardan təmizlənib.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib. Onun sözlərinə görə, 87 mindən artıq partlamamış sursat aşkarlanıb. O, qeyd edib ki, minatəmizləmə işləri hazırda ermənilərin ən çox mina basdırdığı Ağdam və Füzuli rayonları istiqamətində aparılır.

HTML tutorial

Qeyd edək ki, həmin ərazilər keçmiş cəbhə xətti hesab olunurdu.

Gununsesi.info