Suriyada terrorçular 8 dinc sakini öldürüb

Suriyada terrorçular 8 dinc sakini öldürüb

Suriyanın şimal-şərqindəki Deyr-əz-Zor əyalətində İŞİD terrorçuları səkkiz dinc sakini öldürüb.

Gununsesi.org xəbər verir ki, bu barədə “Surya” telekanalı məlumat yayıb.

Məlumata görə, silahlılar həmin şəxsləri Əl-Mayedin şəhərindən qaçıraraq, onlara görə pul tələb ediblər. Girovlar Suriya səhrasındakı Ət-Tabni vahəsində saxlanılırmışlar.

Gununsesi.org

COMMENTS