Hansı qohumların dəfnində iştiraka icazə verilir? – DİN-dən açıqlama

Hansı qohumların dəfnində iştiraka icazə verilir? – DİN-dən açıqlama

Sabahdan etibarən ölkə ərazisində hərəkət məhdudlaşdırılır. Vətəndaşların SMS-lə icazə alıb yaşayış yerini tərk etmələri ilə bağlı məsələlərdən biri də yaxın qohumunun dəfnində iştirakla bağlıdır.

Bəs, dəfnində iştiraka verilən yaxın qohumlar hansılardır?

 

Gununsesi.org xəbər verir ki, DİN-dən verilən məlumata görə,  Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 19-cu maddəsinə əsasən, yaxın qohumlar anlayışına nənələr, babalar, valideynlər, övladlığa götürənlər, doğma və ögey bacı-qardaşlar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr aid edilib.

 

 

Gununsesi.org

COMMENTS