Ötən ay Türkiyədə 80-dən çox terrorçu zərərsizləşdirilib

Ötən ay Türkiyədə 80-dən çox terrorçu zərərsizləşdirilib

Türkiyədə mart ayında zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.

Gununsesi.org-un “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, ötən ay Türkiyənin ərazisində 8 041 antiterror əməliyyatı keçirilib. Əməliyyatlar zamanı 89 nəfər zərərsizləşdirilib. Həmin şəxslərin terrorçuluq fəaliyyətinə cəlb olunduqları bildirilir.

 

 

 

Gununsesi.org

COMMENTS