Şuraabad qəsəbəsində baş tutan aksiyada cəmi 5 müraciət ünvanlandı - Foto

5 müraciətin ünvanlandığı “Açıq mikrofon” aksiyası bu gün Xızı rayonunda baş tutub.

Gununsesi.info xəbər verir ki, mikrofon önünə çıxan Şuraabad qəsəbəsinin 3 sakini fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib.

Seyfəddin Milazov öncədən ödənişli (smart-kart) tipli qaz sayğacına ödəniş zamanı üzləşdiyi problemi dilə gətirib.

Giləzi qəsəbəsindən qatılan 1 nəfər isə küçə qaz xəttinin çəkilməsini xahiş edib.

Görüşdə səsləndirilən hər bir problem və təklif qeydiyyata alındıqdan sonra araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

 

Gununsesi.info