Suni zəka bunu da bacardı: İnsan zehnini oxuma texnologiyası…

  • By arzu
  • 02 May 2023 20:06

Suni zəka haqqında bir çox çəkişmələrlə yanaşı, yeniliklər və inkişaf daözünü göstərir. Amerikada yaradılan və dünyaya yayılan suni zəka texnologiyaları daha bir yeniliyi açıqlayıb. Yeni çalışma ilə “təsirli zehin oxuma”csınağı edilib.

Gununsesi.info xarici mətbuata istinadən maraqlı yazını sizə təqdim edir. Suni zəkanı öncəli illərdə heç olmadığı qədər eşidirik.

HTML tutorial

Özəlliklə, ChatGPT və Midjourney ilə daha da tanınan suni zəka sistemləri insanların kökləndiyi diqqət mərkəzindədir. Sağlamlıq, maliyyə, texnologiya sahələrində işlədilən bu tenologiya Texas Universitetindəki bir araşdırma ilə insan zehnini oxumaqda sınanıb.

Semantic Decader adını verdikləri bu sistemlə suni zəka təməlli dil modellərindən dəstək alır.

 

Bildirilir ki, bu sistem sayəsində düşüncələri bir doğruluq səviyyəsində yazılı hala gətirir. Hazırda bu çalışma daha da irəlilədilmək üçün dərinləşdirilməkdədir.

Texas Universitetinin rəsmi saytında yayımlanan çalışma məqaləsində Cat GPT vurğusu da edilir.

Yazılanlara əsasən, bu yeni sistemdə ChatGPT-nin güc aldığına bənzər bir “transformator” modeli işlədilir.

Maqnitik Rezonans Görüntüləmə texnologiyası ilə zehnin oxunması üçün fiziki bir bağlantıya gərək qalmır.

Bu tibbi görüntüləmə metodu normal və ya beyin funksiyalarının anatomik olaraq yerini bəlli etmədə illərdir, işlədilir.

Maqnitiki sahə radiotezlik dalğaları daşıyırsa, sanılanın əksinə, radiasiya olmur.

Araşdırma komandası icad etdikləri sistemi öyrəmək istəyi ilə hekayə dinlədiblər

Toplamda 3 adamın beyin aktivliyini də 16 saat boyunca qeyd altında alan mütəxəssislər sonunda istədikləri nəticəyə əldə etməyi bacarıblar.

Sistem bu müddətdən sonra beyində bəzi kəlimələri eşitdikd, necə reaksiya verəcəyini təxmin edə bildi.

Araşdırma komandası daha yaxşı bir zehin oxuma nəticələrinə çatmaq istəyindədir.

Çalışma ilə iflic keçirən, şüuru açıq, ancaq danışa bilməyən və ya xəstəliyi səbəbi ilə gündən-günə rabitə bacarığını itirən Stefan Havkinq kimi adamların anlaşıqlı şəkildə ərabitə qurmasının önünü aça bilər.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info