Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

  • By ilhame
  • 07 Mart 2024 22:53

Sumqayıtda ağır-yol nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb.

 

İdarəetmədən çıxan “Opel” markalı avtomobil ağaca çırpılıb. Hadisə zamanı avtomobildə olan Rasim Bayramzadə və Anar Bayramlı müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

 

Qəzanın səbəbi araşdırılır.

Gununsesi.info