Hakan Fidan Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib

  • By ilhame
  • 07 Mart 2024 22:15

Türkiyə xarici işlər naziri Hakan Fidan Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib.

 

Gununsesi.info-nun verdiyi xəbərə görə, tərəflər iki ölkə arasındakı münasibətlərdə əldə olunacaq irəliləyişin Cənubi Qafqaz üçün həlledici olacağını vurğulayıb.

 

Bundan əlavə, görüş zamanı Qəzzada vəziyyət və Rusiya-Ukrayna müharibəsi də müzakirə edilib.

Gununsesi.info