“Qarabağ” – “Bayer 04”: Hesab bərabərləşdi - 2:2 - Yenilənir

Bakıda “Qarabağ” və Almaniyanın “Bayer 04” klubları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu başlayıb.
 
Gununsesi.info məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də start götürüb.
Görüşün baş hakimi fransalı Benua Bastyendir.
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.
***
Matç başladı.
***
26-cı dəqiqədə Yassin Benzia hesabı açdı – 1:0.
***
Juninyo 45+2-ci dəqiqədə hesabı 2:0 edir.
***
İkinci hissə başladı
***
71-ci dəqiqədə qonaqlar hesab arasındakı fərqi azaldır. Vits adını tabloya yazdırır – 2:1.
***
Almanlar 90+2-ci dəqiqədə hesabı bərabərləşdirdi – 2:2. Şik fərqləndi.