
BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycanda yeni təmsilçisi təyin olunub.
Gununsesi.info bildirir ki, bu posta tanınmış
jurnalist Suheylə Cəfərova təyinat alıb.
Qeyd edək ki, adıçəkilən postda son altı ildə Rəşad Həsənov çalışıb.Fəaliyyətini başa vuran Rəşad Həsənov bildirib ki, bundan sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İstanbuldakı Regional Ofisində çalışacaq. “Yeni işimdə ÜST-nin Mərkəzi Asiya regionu üzrə kommunikasiya sahəsində fəaliyyətlərini əlaqələndirəcəyəm” deyə Həsənov bildirib.
“Bu müddət ərzində müxtəlif layihələrin icrası və onların ictimaiyyətə çatdırılmasında göstərdiyi dəstəyə görə dövlət qurmları, media, vətəndaş cəmiyyəti təşkilatları, təhsil müəssisələri və digər tərəfdaşlara minnətdarlığımı bildirirəm.
Bu ilin sonuna kimi BMT-nin Qlobal Kommunikasiyalar Departamentini Suheylə Cərova Jafarova təmsil edəcək. Ümid edirəm ki, bütün tərəfdaşlarımız Suheylə xanımla da faydalı əməkdaşlığı davam etdirəcəklər”.
Elmar
Gununsesi.info