Azərbaycan XİN İsrail-Fələstin münaqişəsinə münasibət bildirdi

  • By ilhame
  • 07 Oktyabr 2023 22:07

“Biz vəziyyətin təcili olaraq deeskalasiyasına çağırırıq”. 

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında paylaşım edib.

Həm İsraildə, həm də Qəzza zolağında çoxsaylı mülki şəxslər arasında faciəvi şəkildə həlak olanlara görə başsağlığı verilib:

“Biz İsrail-Fələstin münaqişəsi zonasında mülki şəxslərə qarşı zorakılığı pisləyirik”.

Gununsesi.info