
Ağstafada mikroavtobus və yük maşınlarının toqquşması nəticəsində xəsarət alanlar evə buraxılıblar.
Gununsesi.info-nun məlumatına görə, Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən, 1982-ci il təvəllüdlü Həcər İsmayılova, 1971-ci il təvəllüdlü Şərifə Qasımova, 1988-ci il təvəllüdlü Təranə Tomtiyeva, 1981-ci il təvəllüdlü Afət Məmmədova və 2005-ci il təvəllüdlü Nərminə Məmmədova göstərilən tibbi yardımlardan sonra evə buraxılıblar.
Qeyd edək ki, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa rayon ərazisindən keçən hissəsində, mikroavtobusla yük maşınının toqquşması nəticəsində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info