Sudan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının tərkibinə daxil olan və “Ənsərullah” hərəkatından olan üsyançı husilər ilə müharibə aparan hərbi kontingentini Yəməndən çıxaracaq.
Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bu barədə Sudanın baş naziri Abdulla Hamduk ABŞ-da keçirilən konfransda bildirib.
Baş nazir Sudanın beynəlxalq terrorizmə dəstək verən ölkələr siyahısından çıxarılmasını müzakirə etmək üçün ABŞ-a səfər edib.
Hökumət başçısı Sudan hərbi qüvvələrinin Yəmənə göndərilməsini öncəki rejimin mirası adlandırıb.
“Yəməndəki münaqişə hərbi yolla həll edilə bilməz. Problem siyasi yolla həll edilməlidir”, – o deyib.
O, Yəməndə, təxminən, 5 min sudanlı hərbçinin qaldığını vurğulayıb.
COMMENTS