Tbilisidə Pirosmani küçəsindəki yanacaqdoldurma məntəqəsində partlayış olub.
Gununsesi.org Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb. Partlayışdan sonra yanğın başlayıb. İnsident zamanı biri uşaq və biri qadın olmaqla 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar.
Faktla bağlı cinayət işi açılıb.
COMMENTS