Bu gün Yaponiyanın Osaka prefekturasında beş avtomobilin iştirak etdiyi ağır qəza baş verib.
Gununsesi.org-un məlumatına görə, bu barədə “Kyodo” agentliyi bildirib.
Məlumata əsasən, hadisə Hirakata şəhərində, bir yol ayrıcında beş avtomobilin toqquşduğu yerdə baş verib.
Hadisə nəticəsində yeddi yaşlı uşaq ölüb, daha 9 nəfər yaralanıb.
Polis hazırda hadisənin səbəblərini araşdırır.
Gununsesi.org
COMMENTS