Daha bir xanım jurnalist vəzifə aldı – Müşavir olacaq – FOTO

Daha bir xanım jurnalist vəzifə aldı – Müşavir olacaq – FOTO

“Uzun müddətdir dəvət var idi. Nəhayət qərara gəldim təklifi qəbul edim. Bundan sonra AVP-də partiya sədrinin təhlil və proqnozlaşdırma üzrə müşaviri kimi ictimai-siyasi fəaliyyətimi davam etdirim”.
Gununsesi.org bildirir ki, tanınmış jurnalist Jalə Mütəllimova bu fikirləri sosial şəbəkə statusunda yazıb.
Xatırladaq ki, Jalə Mütəllim 1993-cü ildən Azərbaycan Demokratiyanın İnkişafı Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib. 1993- 1994-cü illərdə “Müxalifət”“Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyoru olub. “Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində çalışıb. 2000-2004-cü ilədək “Azadlıq” radiosunun Bakı ofisində efir moderatoru, reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı kimi çalışıb. 2006-2012-ci illərdə Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərib. Dövlət Televiziyasının İctimai-siyasi Proqramlar Redaksiyasında redaktor olub. 2013-cü ildə “APA Holdinq”də yenidən fəaliyyətə başlayıb. Holdinq nəzdnindəki APA TV-də teleaparıcı və layihə rəhbəri olub. Holdinqin Lent.az, kulis.az saytında köşə yazarı olub.

2015-ci ildən “Yeni Müsavat” qəzetində və Gununsesi.org saytında köşə yazarıdır.
Paralel olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyində, “Təhsil TV”-də və “Azərbaycan müəllimi” qəzetində layihə təhbəri, yazar olaraq fəaliyyətdədir. 2019-cu ildən Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunun dəstəkləyən, sosial ədalətsizliklərin göstəricisi olan məsələləri işıqlandırmaq üçün jalebloq.az saytını yaradıb, fərdi bloq fəaliyyəti ilə məşğuldur.
Ailəlidir, üç övladı var.

 


Gununsesi.org

COMMENTS