
“Zamin bəy (Əlzamin) Salayev təcridxanadan zəng etmişdi, səhhəti lap pisləşib. Bildirdi ki, artıq hərəkət edə bilmir, çəkisi 80 kq.-ma düşüb, ağrılardan və yuxusuzluqdan əziyyət çəkir”.
Gununsesi.info xəbər verir ki, bunu vəkil Nemət Kərimli sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, Salayev aclığı davam etdirməkdə israrlıdır: “Deyirki, bu qədər şər, böhtan olmaz, nə vaxta qədər davam edəcək.
Bunlar bizlərə şər atacaq, həbs etdirəcəklər, biz də susmalıyıq. Çox narahatıq, vəziyyəti ağırdır”.
Şəbnəm
Gununsesi.info