Dünyada məşhur kişilərin müraciət etdiyi yeni trend yaranıb. Gununsesi.org xəbər verir ki, tanınmış simalar istər istirahət vaxtı, istər çimərlikdə, istərsə də səhnədə dırnaq boyalarından istifadə edirlər.
Buna misal olaraq bir neçə gün bundan əvvəl kafedən çıxarkən görüntülənən Bruklinq Bekhemi göstərmək olar. Viktoriya və Devidin 20 yaşlı oğlu qırmızı boyalı dırnaqları ilə paparassilərə tuş gəlib.
O, bundan əvvəl instaqram səhifəsində şəkil paylaşaraq dırnaqlarını nümayiş etdirib.
Həmçinin dünyaca məşhur futbolçu Kristiano Ronaldo çimərlikdə olarkən ayağındakı qara dırnaq boyası ilə diqqət çəkib.
Eyni zamanda məşhur müğənni Seal, aktyor Jonny Depp, repçi Snoop Dogg sözügedən trendə qoşulub.
COMMENTS