
Azərbaycan istər ilk Qarabağ müharibəsində, istərsə də, aprel və İkinci Qarabağ savaşlarında bir sıra qəhrəmanları ilə tarix yazdı. Ordumuzun və millətimizin adını-şanını uca tutan, ölümə meydan oxuyan cəsur oğullarımızdan biri də Hümbətov Nurəddin İlqar oğludur.
Nurəddin 1998-ci il dekabr ayında Samux rayonunun Nəbiağalı qəsəbəsində doğulub. Ailədə bir bacı , bir qardaş olublar. Evin ək oğlu olan İlqarın məktəb illərindən hərbiyə böyük marağı olub. Şahinlərə yazılıb, MAXE fəaliyyətinə Çaykənddə başlayıb. Minomyotcu olarkən, həm də snayper atıcılığı üçün kursa yazılıb.
İkinci Qarabağ Savaşı başladığında ilk günlərdən Murovda döyüşüb. Orada mühasirəyə düşüb, ancaq 4 gün sonra gəlib çıxıb. Üstəlik, oradan bir yaralı yoldaşını çiynində gətirib.
Oktyabr ayında Füzuli və Hadrut uğrunda gedən döyüşlərdə, sonra isə Şuşadakı atışmalarda iştirak edib. Qolundan yara alıb. Yanındakı dostları söyləyirmişlər ki, bir çox əsgərlər özlərini qorumaq üçün daşın və ağacın arxasında pusquda gizlənsələr də, Nurəddin ayaqüstə atışırdı.
Dostlarına deyib ki, “mənim meydimi burada qoymayın”.
Şuşa uğrunda gedən döyüşlərdə minomyot atılıb. Qolundan ağır xəsarət alıb, ancaq son anadən vuruşub və qəhrəmancasına şəhid olub.