İordaniya Suriyanın ərazisini bombalayıb -Ölənlər var

İordaniya Hərbi Hava Qüvvələrinin Suriya ərazisinə zərbə endirməsi nəticəsində 11 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, məlumatı “NEWSru.co.il” yayıb.

Bildirilib ki, hadisə Suriyanın cənubunda əs-Sueyda əyalətində baş verib.

Məlumata görə, 2024-cü ilin əvvəlindən bu, İordaniya Hərbi Hava Qüvvələrinin Haşimilər Krallığına təkcə narkotik deyil, həm də silah-sursat keçirən qaçaqmalçıların mövqeyinə qarşı üçüncü zərbədir.

 

 

Gununsesi.info