
“Fərat qalxanı” əməliyyatı ilə terrorçulardan təmizlənən Suriyanın Əl-Bab şəhərindəki Türkiyə hərbi bazasına hücum təşkil edilib.
Gununsesi.info xəbər verir ki, terror hücumunda 1 əsgər şəhid olub, 4-ü yaralanıb.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinin yerləşdirildiyi baza bölgəsinə raket hücumu səhər saatlarında PKK/YPG-nin nəzarətindəki Mənbic bölgəsindən həyata keçirilib.
Hücumdan sonra raket qurğularının atıldığı ərazi təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutulub. Bölgədə bir çox terrorçunun zərərsizləşdirildiyi və atışmaların davam etdiyi bildirilir.
Gununsesi.info