İtaliyada ən çox axtarılan 100 cinayətkardan biri həbs edilib

  • By ilhame
  • 14 Dekabr 2023 21:07

İtaliyada ən çox axtarılan 100 cinayətkardan biri – Neapol mafiyası olan “Kamorra”nın klanlarından birinin tanınmış nümayəndəsi, 31 yaşlı Qaetano Anqrizano həbs edilib.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

 

Cinayətkar 1 il yarım müddət ərzində gizlənib. Anqrizano mafiya fəaliyyəti, narkotik ticarəti və digər qanunsuz fəaliyyətlərə görə 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Cinayətkarın 2 yaşlı oğlunun doğum günü şənliyi zamanı keçirilən xüsusi əməliyyatda 250 karabiner iştirak edib.

 

Gununsesi.info