
Yeni vəzifə təyinatı ilə bağlı Cəsarət Valehovla əlaqə saxlanılıb.
Gununsesi.info xəbər verir ki, o, haqqında yayılan xəbərin həqiqətə uyğun olmadığını və yeni vəzifə ilə bağlı xəbərin əsassız olduğunu bildirib.
*** 09:28
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun keçmiş müdiri, tanınmış jurnalist Cəsarət Valehova yeni vəzifə verilib.
Gununsesi.info xəbər verir ki, Elm və Təhsil naziri Emin Əmrullayein əmri ilə o, Azərbaycan Respublikasının Təhsil İnstitutuna direktor müavini təyin olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl nazirliyin aparatının strukturunda dəyişiklik edilib, yeni təyinatlar olub.
C.Valehovun adı Elm və Təhsil Nazirliyində vəzifəyə yeni təyin olunan şəxslərin siyahısında yer almayıb.
Dəyişikliyə əsasən, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb və ora Səbuhi Rzayev müdir təyin olunub.
Gununsesi.info