Somalidə deputatın ofisi qarşısında partlayış -35 ölü

Somalinin Mahas şəhərində federal parlamentin deputatının ofisinin qarşısında partlayış törədilib. 

Gununsesi.info “Reuters”ə istinadən xəbər verir ki, iki avtomobilin partladılması nəticəsində 35 nəfər həlak olub.

HTML tutorial

Ölənlər arasında rəsmi şəxslərin də olduğu bildirilir.

Ölkə rəhbərliyi hadisənin “Əş-Şəbab” qruplaşması tərəfindən törədildiyini zənn edir.

Gununsesi.info