
Meksika ilə Ekvador arasında doplomatik əlaqələr kəsilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Meksikanın prezidenti Andres Manuel Lopez Obrador ölkənin Xarici İşlər Nazirliyinə tapşırıq verib:
“Mən Xarici İşlər Nazirliyinin rəhbərinə Meksika hökuməti ilə Ekvador arasında diplomatik münasibətlərin dayandırıldığını elan etməyi tapşırmışam”.
Qeyd edək ki, bu addımın səbəbi Ekvador polisinin zorla Meksika səfirliyinə girərək “qaçqın olan və üzləşdiyi təqiblər və ittihamlara görə sığınacaq istəyən” Ekvadorun keçmiş vitse-prezidentini saxlaması olub.
Gununsesi.info