Sinan Oğan: “Azərbaycanla dost və qardaşlığımız sabitliyin təminatıdır” - FOTO

“Azərbaycanla dost və qardaşlığımız regionda sülh və sabitliyin təminatıdır”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyədə ATA İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğan tviter hesabında yazıb.

HTML tutorial

O, 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib:

“Dost və qardaş Azərbaycan xalqının 15 iyun – Milli Qurtuluş Gününü təbrik edirəm. 15 iyun həm də Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümüdür. Mübarək olsun!”