
Rumıniyanın FCSB (keçmiş “Styaua”) klubunun sahibi George Bakali futbolçuların koronavirus əleyhinə peyvənd olunmasını qadağan edib.
Gununsesi.info Report-a istinadən xəbər verir ki, bu barədə jurnalist Emmanuel Roşu Tvitter səhifəsində bildirib.
Bakalinin sözlərinə görə, vaksinin yanında masasında tapança olsaydı, güllələnməyi üstün tutardı. O, klubda heç kimin peyvənd olunmayacağını diqqətə çatdırıb.
Qeyd edək ki, FCSB cari mövsüm Rumıniya çempionatında 11 oyundan 21 xalla 3-cü pillədə qərarlaşıb.
Gununsesi.info